Hadisə
Lənkəranda 41 yaşlı qadın faciəvi şəkildə öldü
Lənkəranda hamamda huşsuz vəziyyətdə tapılan qadın ölüb.
Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.
Kənd sakini 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağında halı pisləşib. Dərhal əraziyə Təcili Yardım briqadası çağrılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə X.Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Kömürdən ayrılan dəm qazı onun ölümünə səbəb olub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmaların nəticəsində ölümün dəqiq səbəbləri məlum olacaq.
(Teleqraf.com)
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi



































