Zərdabda Kürdə batan qızın meyiti Kürdəmirdə tapıldı
Bizi izləyin

Hadisə

Zərdabda Kürdə batan qızın meyiti Kürdəmirdə tapıldı

Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Saray Sərvan qızı Kərimlinin meyiti tapılıb.

Publika.az xəbər verir ki, meyit batdığı yerdən təqribən 15-16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm