İlin ən maraqlı 7 astronomik hadisəsi: İlki bu gecə baş verəcək
Bizi izləyin

Hadisə

İlin ən maraqlı 7 astronomik hadisəsi: İlki bu gecə baş verəcək

2025-ci ildə peşəkar astronomlar bir sıra möhtəşəm səma hadisələri vəd edirlər. Bu il üçün astronomik təqvimdə iki tutulma - bir Ay və bir Günəş tutulması - və demək olar ki, ardıcıl üç Super Ay proqnozlaşdırılıb. Bundan əlavə, cari ildə Günəş fəallığının artması ilə tezliyi və intensivliyi artan meteor yağışları və şimal parıltıları da olacaq.

Publika.az xəbər verir ki, astronomik hadisələrdən ilki olan Kvadrantidlər meteor axını artıq başlayıb, yanvarın 3-4 tarixlərində pik həddə çatacaq. Astronomların sözlərinə görə, bir saat ərzində 120-yə qədər "ulduz axını" müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, "axan ulduzlar" da adlandırdığımız meteorlar əslində Yerin atmosferinə saniyədə 70 km-ə qədər sürətlə daxil olan kometa və ya asteroid parçalarıdır. Güclü sürtünmə səbəbindən onlar dərhal yanır və gecə səmasında mavi və ya sarımtıl izlər buraxır.

2025-ci ilin Günəş və Ay tutulmaları

Martın 29-da Ay Günəşlə Yer arasında düz xətt üzrə yerləşəcək və Günəş diskinin bir hissəsini örtəcək - Günəş tutulması baş verəcək. Tam tutulmanı yalnız Kanadanın cənub-şərq sakinləri müşahidə edə biləcək, digər regionlarda, o cümlədən Britaniyada Günəş yalnız qismən, təxminən üçdə bir hissəsi tutulacaq.

Sentyabrın 7-də isə tam Ay tutulması gözlənilir. Mütəxəssislərin proqnozlarına görə, bu, XXI əsrin ən uzun tutulmalarından biri olacaq.

Super Ay

2025-ci ildə üç Super Ay hadisəsi gözləyir - bu zaman dolunay Yerə minimal məsafədə yaxınlaşır və adətən olduğundan 30% böyük və 15% daha parlaq görünür.

Bu hadisəni oktyabrın 7-də ("Ovçu Ayı"), noyabrın 5-də ("Qunduz Ayı") və dekabrın 4-də ("Soyuq Ay") müşahidə etmək mümkün olacaq.

Qütb parıltıları

Ekspertin sözlərinə görə, Günəş fəallığının 11 illik dövrü pik nöqtəsinə çatdığı üçün növbəti 12 ay ərzində parıltıları daha tez-tez müşahidə etmək mümkün olacaq.

(Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm