Nəqliyyat
Avtomobili yoxdur, amma 800 manat cəriməsi var - VİDEO
Avtomobili olmayan vətəndaşın ünvanına cərimə protokolları gəlib.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.
O, sürücü kimi cəmi 10 gün işləyib. Lakin 2 gün əvvəl ona tanımadığı avtomobilin cərimələri gəlməyə başlayıb.
Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil. Bir müddət əvvəl taksi şirkətində işləsə də, indi gələn cərimələr o avtomobilə də aid deyil.
Amid Əliyevin sözlərinə görə, cərimələr eyni gün və eyni saatda ard-arda gəlib. Hazırda ona 800 manat və 8 cərimə balı yazılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, vətəndaş problemlə əlaqədar quruma yazılı şəkildə müraciət etməlidir. Sonra vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün qanuna uyğun tədbirlər görüləcək.
Ətraflı süjetdə:
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































