Hadisə
Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu - YENİLƏNDİ/VİDEO
Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirlikdən verilən xəbərə görə, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.
Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.
xxx
Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub.
Publika.az Teleqraf-a istiandən xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb.
Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


