Magazin2
Üç ildən sonra "Avroviziya"ya qatıldı, qalib oldu - FOTO
Avstriyanın Vyana şəhərində keçirilən "Avroviziya-2026" beynəlxalq mahnı müsabiqəsinin qalibi "Bangaranga" adlı rəqs mahnısı ilə Bolqarıstan təmsilçisi Dara olub.
Publika.az xəbər verir ki, ikinci yeri "Michelle" balladası ilə İsrail təmsilçisi Noam Bettan tutub. Üçüncü pillədə isə "Choke Me" kompozisiyası ilə Rumıniya müğənnisi Aleksandra Kepitenesku qərarlaşıb.
Yubiley – 70-ci beynəlxalq mahnı müsabiqəsinin finalı 10 min tamaşaçının toplandığı "Wiener Stadthalle" konsert zalında baş tutub. Şounun aparıcıları pop müğənni Viktoriya Svarovski və aktyor Maykl Ostrovski olublar.
2026-cı ildə keçirilən müsabiqə son 20 ildə ən az iştirakçı sayı ilə özünəməxsus antirekord vurub. Belə ki, 2016-cı ildə "Avroviziya"da 42 ölkə iştirak etdiyi halda, 2026-cı ildə bu rəqəm 35 olub. Rusiya və Belarusdan başqa, bu il İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya da yarışmada iştirak etməyib. Bu ölkələr İsrail rəhbərliyinin Qəzza sakinlərinə qarşı hərəkətlərinə etiraz olaraq və bu dövlətin yarışmada iştirakı səbəbindən müsabiqədən imtina ediblər.
Qeyd edək ki, Dara üç il fasilədən sonra yenidən müsabiqəyə qatılıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















