Hadisə
Xankəndidə türkiyəliləri qanunsuz işlədən biznesmen cərimələndi
Xankəndidə xarici ölkə vətəndaşlarını qanunsuz əməyə cəlb edən şirkət cərimələnib.
Publika.az lent.az-a istinadən xəbər verir ki, adı qeyd olunmayan MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib.
MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər.
Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin qeyd olunan Türkiyə vətəndaşları üçün həmin icazə alınmayıb.
Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 3 və daha çox şəxs üçün törədildikdə) maddəsilə protokol tərtib olunub.
Xankəndi şəhər Məhkəməsinin qərarı ilə həmin şirkətə 30 min manat cərimə cəzası verilib.
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi

































.jpg)


