Hadisə
Ata ilə oğlunun ölümünə səbəb olan leytenanta bu cəza verildi
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FHN əməkdaşının məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova (soyad şərtidir) hökm oxunub.
Bildirilib ki, “Mercedes” markalı avtomobillə motosikleti vuran və ata ilə oğlunun ölümünə səbəb olan sürücü Fövqəladə Hallar Nazirliyi Muğan Regional İdarəsinin inspektorudur. Daxili xidmət leytenantı olan Allahverən işə bir neçə ay əvvəl düzəlibmiş.
Onun idarə etdiyi avtomobil İmişli rayonu ərazisində motosikletə çırpılıb və nəticədə nəqliyyat vasitəsində olan sərnişin Kazım İbişov və atası Mübariz İbişov aldıqları xəsarətlərdən həlak olublar.

Məhkəmədə mərhum şəxslərin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Müvafiq hökmlə Allahverən Şükürov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib.
Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə vurğulanıb.
Qeyd edək ki, məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar bəzi hallarda oranı tərk edə bilərlər.
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi

































.jpg)


