Hadisə
Qadını qətlə yetirdi, evi yardı: “Səsi çıxırdı deyə boğdum” – VİDEO
Tamahına boyun əyən 25 yaşlı Bakı sakini qonşusunun həyatına son qoyub. Hadisə Xəzər rayonunun Şüvələn qəsəbəsində baş verib. Əzizə Həsənovanın mənzilindən oğurluq edənlər daha sonra qadını qətlə yetirib.
Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi döngə 4, ev 16 ünvanında yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Evdən pul və qızıl zinət əşyalarının oğurlanması polisdə qətlin tamah məqsədi ilə törədilməsi etimalını yaradıb. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini 25 yaşlı Muxtar Qədirov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb.
Cavanşir Əhmədov – Xəzər Rayon Pİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi: "Qədirov Muxtar qətlə yetirilən Əzizə Həsənovanın qonşusu olub. Tüfeyli həyat tərzi keçirən bir insandır. Bi müddət əvvəl qadın torpaq sahəsini satıb, məqsəd də o pulu və zinət əşyalarını oğurlamaq olub. Hadisədən sonra oğurlanan qızıllar dükanlardan götürülərək aidiyyəti üzrə təhvil verilib".
Hadisənin təşkilatçısı olan Muxtar Qədirov qadını onu tanıdığı üçün qətlə yetirdiyini bildirib.
Muxtar Qədirov – saxlanılan şəxs: "Adımı çəkdi, məni tanıdığı üçün öldürdüm. Səsi çıxırdı deyə bir az boğmuşam. Ağzını tutub evə saldım, sonra skoçla ağzını bağladım. Sonra evi axtarmışıq, biz çıxanda nəbzi vururdu".
Muxtar Qədirov qətli məktəb yoldaşı 26 yaşlı Rüfət İsgəndərovla birgə törətdiyini də bildirib. İstintaqdan yayınan Rüfət İsgəndərov isə bu gün həbs edilib. Polisə gətirilən Rüfət oğurluğu etiraf etsə də, ev sahibinin qətlə yetirilməsində iştirakını inkar edib. Faktla bağlı rayon prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlayıb, araşdırmalar aparılır. (Region TV)
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ