Şirvanda güclü külək: ağaclar kökündən çıxdı, işıqlar kəsildi - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Şirvanda güclü külək: ağaclar kökündən çıxdı, işıqlar kəsildi - FOTO/VİDEO

Güclü külək iki rayonda fəsadlar törətdi.

Şirvanda güclü külək dam örtüklərini yerə atıb, ağacları kökündən çıxarıb. Bəzi yerdə çardaqlar uçub, binanın üstündən düşən su çəni 2 avtomobili əzib. Külək elektrik naqillərini də sıradan çıxarıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Təbii fəlakət şəhər təsərrüfatına xeyli ziyan vurub.

İmişli ərazisində də əsən güclü külək ciddi fəsadlar törədib. Rayonun Bəcirəvan kəndində külək elektrik naqilini qırıb. Nəticədə, ərazidə kənd sakininə məxsus olan iribuynuzlu heyvanlardan birini cərəyan vuraraq öldürüb.

"Səhər-səhər heyvanı gətirəndə naqil qırılıb yerə düşüb, bilməmişəm. Heyvan düşdü, cərəyan vurdu. O biri dirəyin dibində o biri inəyi tutdu", - deyə kənd sakini Abbasəli Əmirov bildirib.

Yerli qurumlar təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm