• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Goranboyda polis əməkdaşı yaralandı

  • Hadisə
  • 7 Aprel 2016 17:32
  • 729 Baxış
Goranboyda polis əməkdaşı yaralandı

Ermənilərin Goranboyun Tapqaraqoyunlu kəndini atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur. Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanmış və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilmiş, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

Nazir müavini təmas xəttində yerləşən kəndlərin, evlərin, mülki şəxslərin atəşə tutulmasının Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi olduğunu və düşmən tərəfin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu vurğulayıb. Qeyd olunub ki, əks hücumlar zamanı silahlı qüvvələrimizin qarşısında tab gətirməyən Ermənistan ordusunun dinc sakinləri atəşə tutaraq əhali arasında təşviş yaratmağa cəhd etməsi, atəşkəs elan olunmasına baxmayaraq, cəbhə boyu ərazilərdə davamlı təxribatlar törətməsi bunu deməyə əsas verir ki, işğalçılar mənfur niyyətlərindən əl çəkmək istəmirlər.

Bu gün Azərbaycan xalqının ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən, dünya standartlarına cavab verən maddi-texnki təminatla tam təchiz edilən ordunun yaxın zamanda torpaqlarımızı azad edəcəyinə, dağılmış infrastrukturun bərpasına, qaçqın və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdacağına, azad olunmuş bölgələrdə Azərbaycan Polisinin asayişin keşiyində daha mətin dayanacağına inamını ifadə edən nazir müavini şəhidlərimizə rəhmət, düşmən gülləsinə tuş gələn yaralılara şəfa diləyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR