Hadisə
Zaqatalada polis otağında partlayış
Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub. Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir.
Partlayış baş verən sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir.
Hadisə şəhidlərinin sözlərinə görə xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.
Sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb. Sahə müvəkili qapını açan zaman elə əl qumbarasının partladığı bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar.
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?