Hadisə
Bakının sabiq prokuroru vəfat edib
Bakı şəhərinin sabiq prokuroru Məmməd Quliyev vəfat edib.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiyada
yaşayan azərbaycanlı jurnalist, publisist Cəfər Sadıx Abbasov
məlumat verib. O, uzun illərdir ki, Moskvada yaşayan M. Quliyevin
bu gün səhər saatlarında qəflətən ürək tutmasından vəfat etdiyini
söyləyib.
C.Abbasov mərhumla vida mərasiminin mayın 13-də Moskvanın
“Otradnoye” metrostansiyası yaxınlığında yerləşən məsciddə
keçiriləcəyini bildirib.
Qeyd edək ki, Məmməd Babaş oğlu Quliyev 1939-cu il fevralın 3-də
Ağdamda doğulub. Milli Məclisin birinci çağırış deputatı olan M.
Quliyev parlamentdə qanunvericilik və dövlət təhlükəsizliyi
komissiyasına rəhbərlik edib. Məmməd Quliyev 1991-92-ci illərdə
Bakının prokuroru vəzifəsində çalışıb.
Mərhum Moskvada dəfn olunacaq.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO