Hadisə
"DQR" “bayrağını” cıran idmançılarımıza bıçaqla hücüm etdilər - FOTO/VİDEO
Ukraynada yaşayan ermənilər Borispol hava limanında azərbaycanlı idmançılara hücum ediblər.
Kunq fu üzrə 4 qat dünya və 5 qat Azərbaycan çempionu Ellər Orucov ANS PRESS-ə deyib ki, onlar Qondarma Dağlıq Qarabağın “bayrağ”ını cıran Şənlik Talıbovu, Ellər Orucovu və Xasay Əsədovu vurmaq istəyiblər.
İdmançımızın sözlərinə görə, onlar əllərində bıçaqla Kunq fu və Uşu yığmasının idmançılarına hücum ediblər. Ermənilərin tək hədəfi “bayrağ”ı cıranları bıçaqla vurmaq olub. “Onlar sayca 40-50 nəfər idi. Polis əməkdaşları davanı sakitləşdirə bilmirdi. Hava limanında olan azərbaycanlırın köməyi ilə bizi aralaşdırdılar”, - deyə Ellər Orucov baş verən hadisə haqqında fikirlərini yekunlaşdırıb. Hadisə zamanı heç bir idmançımız xəsarət almayıb. Bu gün isə Kunq fu və Uşu yığması tam heyətlə Azərbaycana gəlib.
Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.
Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımz ermənilərin əlindən qondarma rejimin "bayrağ"ını əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ