
Dünən axşam Bakı-Qazax yolunun 444-cu kilometrliyində, Tovuz rayonu ərazisində yük avtomobili dərəyə aşıb.
Publika.az xəbər verir ki, Göygöl rayon sakini 1990-ci il təvəllüdlü Ramal Zeynalovun idarə etdiyi yüklə dolu "Shaqman" markalı yük avtomobili magistral yoldan çıxaraq bir neçə metr dərinliyi olan dərəyə düşüb.
Hadisə zamanı sürücüsü Ramal Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Sürücünün dediyinə görə, qəzaya başqa bir avtomobilin anidən
örtmə əməliyyatı aparması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Sami Süleymanlı