Hadisə
Bakıda sevgi dramı: kişi qadını xəstəxanalıq etdi
Bakının Suraxanı rayonunda 36 yaşlı qadın sevgilisi tərəfindən döyülüb.
Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsindən ANS PRESS-ə
verilən məlumata görə, hadisə bu gecə saat 01 radələrində Suraxanı
qəsəbəsi, 3-cü mədən ev 252 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 36 yaşlı Gülçöhrə Əliyeva qeyri-rəsmi
münasibətdə olduğu Atamoğlan Cabrayılov tərəfindən döyülüb. Qadın
qapalı kəllə-beyin travması alıb.
Hadisə qadının kişidən ayrılmaq istəməsi səbəbindən baş verib.
İşi aparan 31-ci polis bölməsinin baş təhqiqatçısı polis kapitanı
Asif Ələkbərov ANS PRESS-ə açıqlamasında bildirib ki, Gülçöhrə
Əliyeva Atamoğlandan ayrılmaq istədiyini bildirib. Kişi isə
qadından ayrılmaq istəmədiyi üçün mübahisə yaranıb. "O, izahatı
alınması üçün bölməyə dəvət olunub".
Qeyd edək ki, Gülçöhrə Əliyeva əvvəllər evli olub. Onun həmin
evlilikdən bir oğlu və bir qızı var. Qadın ərindən boşandıqdan
sonra Hövsan qəsəbəsindəki gözəllik salonlarından birində işləməyə
başlayıb. Elə həmin ərazidə də Atamoğlan Cabrayılovla tanış
olublar.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ