Hadisə
ANS İlkin Həsənlini məhkəməyə verdi
ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə
görə məhkəməyə müraciət edib.
Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki, son hadisələr
çərçivəsində ANS haqqında təhqirə və böhtana yol verən ATV
telekanalının əməkdaşı İlkin Həsənli və “azxeber.com” saytı
məhkəməyə verilib.
Bu təhqir dolu xəbərləri tirajlayan digər portallar, agentliklər də
müəyyənləşdirilərək məhkəməyə veriləcək.
ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu,
əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər
kimsə milli-mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının
heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək.
Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız
reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli-mənəvi
dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və
ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.
Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır
ki, hər kəs öz yerini bilsin. Yoxsa onlara yerlərini biz
göstərəəcyik.
Qeyd edək ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət
Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar
səsləndirdiyi fikirlərlə bağlı sərt süjet getmişdi. Süjetdə Mətanət
Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə
nəticələnən hadisəyə “Bir küləkdi, əsdi keçdi” kimi qiymət
verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil
edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsənli ANS-in
ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və
portalları bu təhqiramiz fikirləri tirajlayıb.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir