Hadisə
Gədəbəydə evdə partlayış: xəsarət alan var - FOTO (YENİLƏNİB)
Məişət qazının sızması nəticəsində baş vermiş partlayışda bir nəfər ağır yaralanıb.
Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə mayın 23-də saat 9:00 radələrində Vahid Rüstəmov küçəsi ev 7-də baş verib.
Gədəbəy rayon sakini 1946-cı il təvəllüdlü Qasımov Musa Heydər oğluna məxsus ümumi sahəsi 170 kvadrat metr olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində baş vermiş partlayışın gücündən 3 otaqdan ibarət 2-ci mərtəbə və dam örtüyü dağılıb.
Partlayış nəticəsində ev sahibi ağır yaralanaraq Gəncə şəhər
Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun vəziyyətinin ağır
olduğu bildirilir.
Hazırda hadisə ilə əlaqədar təhqiqat aparılır.
Sami Süleymanlı
***
Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Publika.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şəki rayonunun Qoxmuq kəndində isə (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI