Hesabat
SOCAR-ın qaz ehtiyatları artıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təsdiq edilmiş qaz ehtiyatları 2014-cü il yanvarın 1-nə 61,15 milyard kubmetr olub. 2012-ci ilin yekunu üzrə bu rəqəm 23,82 milyard kubmetr təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ARDNŞ-nin 2013-cü ilin yekunu üzrə davamlı inkişaf hesabatında deyilir. Hesabata əsasən, ötən ilin yekunu üzrə ARDNŞ-nin təsdiq edilmiş neft ehtiyatları 78,5 milyon olub. 2012-ci ildə bu göstərici 71,66 milyon ton təşkil edib.
Hesabatda qeyd olunur ki, ARDNŞ-nin təsdiq edilmiş neft və qaz ehtiyatları 9 əsas yatağın ehtiyatları hesablanaraq müəyyənləşdirilib. Belə ki, söhbət "Günəşli", "Neft Daşları", "Pirallahı", "Darvin bankası", "Səngəçal-dəniz - Duvanlı-dəniz - Xərə Zirə", "Ələt-dəniz", "Bulla-dəniz" dəniz yataqlarından, həmçinin "Bibi Heybət", "Lökbatan-Puta-Quşxana" quru yataqlarından gedir. ARDNŞ ilə müqavilə əsasında neft-qaz ehtiyatlarının hesablanmasını "Miller&Lents" şirkəti həyata keçirib.
Şirkətin məlumatına görə, ötən il ARDNŞ-nin neft hasilatının həcmi 8,31 milyon ton, 2012-ci ildə isə 8,29 milyon ton olub. Qaz hasilatının həcmləri isə müvafiq olaraq 7,14 milyard kubmetr və 6,92 milyard kubmetr təşkil edib. Ötən il şirkətin neft emalı həcmi 6,53 milyon ton, 2012-ci ildə isə 6,17 milyon ton təşkil edib.
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər











.jpg)
.webp)


















.jpg)