Hesabat
"Fitch" xəyanəti, bankların yeni oyunu, lisenziyaların ləğv edilmə səbəbləri - XÜLASƏ
Yola saldığımız həftə Türkiyə və Rusiya Mərkəzi Banklarının qərarları ilə yadda qaldı. Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı. Bazarların maraqla gözlədiyi cavab verildi. Mərkəzi Bank bəzi faiz nisbətlərində artıma getdi, likvidlik pəncərəsi faizini 10-dan 11 faizə yüksəltdi. 1 həftə vədəli repo tender faiz nisbətini (siyasət faizi) isə 8 faizdə sabit tutdu. Mərkəz Bankı faiz koridorunun üst dərəcəsini 8.5 faizdən 9.25 faizə yüksəltdi. Rusiya Bankı valyuta bazarına qayıdacağını açıqladı. "Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya üzrə iqtisadi artım göstəricilərini yaydı.
Başlayaq Türkiyədən. Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,9 lirəni ötdü. Sonuncu dəfə bu cür vəziyyət yanvarın 11-12-də qeydə alınıb. TRY/USD nisbəti 3,9423-ə bərabər olub. Türkiyədə dolların bahalaşmasına səbəb bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsi ilə bağlı açıqlaması oldu. Belə ki, dövlət başçısı vahid faiz siyasətinin - Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini hazırkı 8% səviyyəsində saxlamağın tərəfdarı olduğunu bildirdi.
"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini "BBB-"dən "BB+" səviyyəsinə endirdi. Beləliklə, Türkiyə bu dəyişikliklə Bəhreyn, Portuqaliya və Azərbaycan ilə eyni qiymətləndirməni bölüşəcək. Qeyd edək ki, bundan əvvəl "Moody's" beynəlxalq reytinq agentliyi də Türkiyənin reytinqini aşağı salmışdı.
Söz "Fitch"dən düşmüşkən. Beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya üzrə ÜDM-in 2,9%-dək artacağını proqnozlaşdırır. 2016-cı ildə qlobal ÜDM 2,5% artıb. ABŞ iqtisadiyyatına yatırılan investisiyaların artması, inkişaf etmiş ölkələrin mərkəzi banklarının yumşaq pul-kredit siyasəti, Braziliya və Rusiyanın böhrandan çıxması qlobal iqtisadi artımın sürətlənməsinə səbəb olacaq. Buna baxmayaraq, agentliyin analitikləri qeyd edir ki, bu il Avrozonanın iqtisadi artımı ötən ilki 1,6%-dən 1,4%-dək geriləyəcək, Çində isə ÜDM-in 6,7%-dən 6,4%-dək azalacağı proqnozlaşdırılır.
"Fitch" qeyd edir ki, suveren reytinqlərin 21%-i üzrə proqnoz neqativdir və bu göstərici rekord hesab olunur.
Rusiya Bankı valyuta bazarına qayıtmağı düşünür. Bank I rübdə valyuta bazarından ayda 1 mlrd. ABŞ dolları həcmində valyuta alışına başlaya bilər. Rusiya Bankı neftin qiymətinin artması nəticəsində büdcədə yaranan əlavə gəlirləri valyutanın alınmasına yönəldərək ehtiyatlarını artırmağı planlaşdırır. Belə ki, 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollar/barel götürüldüyü halda, hazırda neftin qiyməti 55 dollar/barel təşkil edir. Rusiya baş nazirinin I müavini İqor Şuvalovun Davos forumunda verdiyi açıqlamaya əsasən, Maliyyə Nazirliyi və Rusiya Bankı rublda volatilliyin qarşısını almaq üçün ehtiyatların möhkəmləndirilməsi prosesini 1-2 illə məhdudlaşdıracaq. Nəticədə, ixracatçılar öz işlərini daha rahat proqnozlaşdıra biləcəklər.
Çin hökuməti 2017-ci il üçün iqtisadi artımla bağlı hədəf göstəricisini 6,5% səviyyəsinə qədər azaltmaq niyyətindədir. Ötən illərdə bu göstərici 6,5-7% olub. Yeni hədəf göstərici dekabr ayında keçirilən Çin Mərkəzi İqtisadiyyat Konfransında ali rəhbərlik tərəfindən razılaşdırılıb. Bildirək ki, Çində ÜDM-in həcmi 2016-cı ildə 6,7% artsa da, bu, son 26 ilin ən aşağı artım göstəricisi olub.
Avropa vahid valyutasız qala bilər. ABŞ-ın Avropa İttifaqında (Aİ) təyin edilməsi gözlənilən yeni səfiri, professor Ted Mallokun bəyanatına görə, yaxın 1,5 il ərzində avro pul vahidi kimi yox ola bilər. Səfir bildirib ki, Böyük Britaniya ABŞ-la yaxın 3 ay ərzində hər iki ölkəni "məmnun edəcək" ticarət anlaşması imzalaya bilər. T.Mallok Britaniya üçün sərt "Brexit" qərarının daha əlverişli olacağını deyib.
Mallok bu il Niderland, Fransa və Almaniyada keçiriləcək seçkilərin nəticələrinin Aİ-yə ciddi zərər verəcəyini deyib: "Şəxsən mən əmin deyiləm ki, Aİ mövcudluğunu davam etdirəcək. Buna görə də Aİ ilə ticarət danışıqlarına ehtiyac yoxdur".
İş dünyası
Dünyanın ən böyük 5 neft şirkəti olan "Chevron", "ExxonMobil", "Royal Dutch Shell", BP və "Total"ın məcmu borcu neftin qiymətinin düşməyə başladığı 2014-cü ildən indiyədək 2 dəfədən çox artaraq 220 mlrd. ABŞ dollarına çatıb. Bu məlumat ABŞ-ın "Jefferies İnternational" investisiya bankının hesabatında əks olunub. Bankın analitiklərinin fikrincə, borcun həcmi tezliklə azalmağa başlaya bilər. Belə ki, neftin qiymətinin 50 dollar/barelə yüksəlməsi şirkətlərin büdcələrini balanslaşdırmasına, əlavə borc almamasına səbəb olacaq.
Bankın hesabatına görə, neft qiymətlərinin 2014-cü ilə qədər 100 dollar/bareldən baha satıldığı dövrdə 5 şirkətin əməliyyat gəlirləri 180 mlrd. dollara yüksəlib. Lakin 2016-cı ildə bu göstərici 83 mlrd. dollar təşkil edib. Hazırda isə adıçəkilən şirkətlərin xərclərini azaltması və neft qiymətlərinin yüksəlməsi onların əməliyyat gəlirlərini 2017-ci ildə 142 mlrd. dollar, gələn il isə 176 mlrd. dollara çatmasına gətirib çıxara bilər. Buna səbəb, şirkətlərin işçilərini ixtisar edərək, daha münasib şərtlərlə müqavilələr imzalayaraq xərclərini azaltması olub.
Gəldik çıxdıq öz ölkəmizə…
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. Palatadan verilən məlumata görə, lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə palataya rüblük hesabatların təqdim etməmələri olub.
Belə ki, Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən siyahıda adları qeyd edilmiş şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib və müvafiq məktub göndərilib. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və palatanın nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.
Baş nazir Artur Rasi-zadə “Büdcə sistemi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2002-ci il 31 oktyabr tarixli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən “Büdcə sistemi haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2017-ci il sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyi növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2017-ci il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Məndən bu qədər.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?