Hesabat
Avronun düşməsi Azərbaycana nə vəd edir?
Avronun məzənnəsi son vaxtlar həm Azərbaycanda, həm də dünya valyuta bazarında yenidən azalmağa başlayıb. Sonuncu dəfə avronun düşməsi (1 EUR/1,0003 AZN) 2012-ci il yanvarın 11-də qeydə alınmışdı. Düzdür, ondan sonra artım baş verdi, lakin son günlər avro yenidən enməyə başlayıb. Nəticədə Azərbaycanda avronun manata qarşı rəsmi məzənnəsi 1 EUR/1,0000 AZN səviyyəsinə düşüb. Bu, son 22 ay ərzində ən aşağı göstəricidir.
Avronun dollara qarşı məzənnəsi də kəskin enib. Belə ki, mayın əvvəlindən avronun dollara qarşı məzənnəsi 1,32 dollardan 1,27 dollara qədər düşüb.
Avronun kəskin surətdə enməsinin əsas səbəbi Avrozonada davam edən böhrandır. Quruma üzv ölkələrdə işsizliyin səviyyəsi də durmadan artır. Artıq işsiz əhalinin sayı 12 faizə çatıb. Bu isə Avrozona tarixində ən yüksək göstəricisidir.
Bunun əsas səbəblərindən biri Yunanıstanda baş verən hadisələr nəticəsində bütün Avrozonada yaranan problemlərdir. Yunanıstanda siyasi və iqtisadi böhran pik həddinə çatıb, hətta keçirilən son seçkilərdən sonra da koalisiya hökumətinin yaradılması mümkün olmayıb və vəziyyətdən çıxış yolları hələ də müəyyənləşdirilməyib. Nəticədə, Yunanıstanın Avrozonadan çıxması ehtimalı daha da güclənib.
Bir çox iqtisadçılar bu fikirdədir ki, Fransa və Almaniya Avropa İttifaqı (Aİ) iqtisadiyyatının lokomotivləri hesab olunurlar. Amma problemli ölkələr çox olduğundan Fransa və Almaniyanın gücü onları həll etməyə yetməyə də bilər. Bəzi iqtisadiyyatçıların fikrincə, Fransa və Almaniya Avrozonadan çıxsalar, iqtisadi tənəzzüldən daha asan yaxa qurtarmaq olar. Belə bir hal baş versə, bu, dünya iqtisadiyyatına güclü təsir göstərər. Amma bu, böyük bir sistemin çöküşü ilə yadda qala və dünya iqtisadiyyatını böyük problemlərlə üz-üzə də qoya bilər.
İqtisadiyyatı zəif olan ölkələr də avronun gücünə çox böyük təsir edir. Külli miqdarda dövlət borcu olan ölkələrin iqtisadiyyatında süstlük yaranıb, iqtisadi artım xeyli aşağı düşüb. Bank sisteminə mənfi təsir edən bu amil avronun kursunun sürətlə enməsinə gətirib çıxarıb. Azərbaycanda avronun aşağı düşməsinin səbəbi də bu valyutanın dünya bazarında ucuzlaşması ilə bağlıdır.
Avropada baş verən proseslər ölkəmizin iqtisadiyyatına, konkret olaraq Azərbaycanın Avropa Birliyi ilə ixrac əməliyyatlarına mənfi təsir edə bilər. Avrozonadakı proseslər, neftə tələbatın azalmasına səbəb olmaqla yanaşı, birbaşa neft bazarına da təsir edir. Azərbaycan gün ərzində 1 milyon barrel neft ixrac edir. Vəsaitlərini avro ilə saxlayan investorlar onu neftə yönəltməkdə maraqlı deyillər. Çünki Avrozonada böhranın böyüyəcəyi halda neftə olan tələbatın kəskin aşağı düşməsi və bu səbəbdən neftin qiymətinin azalmasının davam etməsi təhlükəsi var.
Avrozonada baş verənlər həm də dövlət ehtiyatlarının avro ilə saxlanan hissəsinə mənfi təsir göstərir. Yeri gəlmişkən,
Neft Fondunun sərəncamında olan valyuta ehtiyatlarımızın 40 faizə yaxınının, Azərbaycanın valyuta ehtiyatlarının isə təxminən 30 faizindən artığının məhz avro ilə saxlanıldığı vurğulanır.
Daha bir mənfi təsir üzümüzə gələn "Avrovision"müsabiqəsi zamanı özünü göstərə bilər. Nəzərə alsaq kı, bu müsabiqəyə gələcək turistlərin əksəriyyəti Avropadan gələcək, demək onlar ödəniş vasitəsi kimi avrodan daha çox istifadə edəcəklər. Bu isə avronun məzənnəsinin düşdüyü zamanda gözlənilən gəliri əldə edə bilməyəcəyimizə işarədir.
Ekspertlər Avropanın böhrandan çıxmasının bir neçə yolunu göstərirlər. Onların arasında ən çox səslənən variant- qurumun dağılması, avrodan imtina və Avropa ölkələrinin vahid pullarının dövriyyəyə buraxılmasıdır..
Bu təklif reallaşarsa, Azərbaycan üçün çox böyük problem yarada bilər. Çünki qeyd etdiyimiz kimi, valyuta ehtiyatlarının 30 faizi məhz avroda saxlanır və bu, 15 milyarda yaxın valyuta ehtiyatının dəyərdən düşməsi demək olardı.
İlkin Abbasov
Publika.Az
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...