“Bankirlər” İslandiya klubuna qarşı
Bizi izləyin

İdman

“Bankirlər” İslandiya klubuna qarşı

Bu gün "İnter" klubu UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində növbəti sınağına çıxacaq.

Publika.az xəbər verir ki, “Bankirlər” İslandiyanın "Hafnarfyordur" klubu ilə qarşılaşacaq.

Premyer Liqanın son mövsümündə gümüş medallara sahib çıxan təmsilçimiz mübarizəyə ilkin təsnifat mərhələsindən qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı.

"İnter"i bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə gözləyir.

Avropa Liqası

İkinci təsnifat mərhələsi (ilk oyunlar)

16 iyul

00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter"

Baş hakim: Mixael Leryus (İsveç).

Hafnarfyordur. "Kaplakrikavollur" stadionu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm