İdman
“Zirvə”nin üzvü Avropanın zirvəsinə yüksəldi
İsveçin Landskrona şəhərində keçirilən ağır atletika üzrə yeniyetmələrin Avropa birinciliyi başa çatıb.
Publika.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan milli komandasının üzvlərinin böyük hissəsi “Zirvə” beynəlxalq idman klubunun nümayəndələri olub.
Yarışda qızların mübarizəsində cəmi bir idmançımız iştirak edib. “Lənkəran-Zirvə”nin təmsilçisi Səbinə Əzimova 15 yaşadək atletlərin yarışında 53 kiloqram çəki dərəcəsində birdən qaldırmada 72, təkanla qaldırmada isə 91 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin yekununda 167 kiloqramlıq nəticə göstərən idmançımız bütün rəqiblərinin qabaqlayaraq qızıl medal qazanıb.
Turnirdə 15 yaşadək idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), 17 yaşadək atletlərin yarışında isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) yeniyetmə gücünü sınayıb.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ