İdman
Karyerasına görə ağladı
“Roma”nın sol cinah müdafiəçisi Federiko Balzaretti futboldan getməyə qərar verib. Onun futboldan uzaqlaşmasına xroniki zədə səbəb olub.
Publika.az xəbər verir ki, 34 yaşlı futbolçu mətbuat konfransı keçirərək qərarnı açıqlayıb:
“Belə bir qərar vermək çox çətin idi, amma bunun xeyrimə olacağını düşünürəm. Əvvəlki kimi, tam gücümlə oynaya bilmirəm. Bu səbəbdən futbolçu karyeramı bitirdiyimi elan edirəm. Təəssüf ki, qarşılaşdığım zədə problemi məni buna məcbur edir”.
Mətbuata açıqlama verərkən gözləri dolan italyan futbolçu komandada qalıb rəhbərlikdə fəaliyyət göstərmək istədiyini deyib. Sonda ona dəstək olanlara təşəkkür edib.
Xatırladaq ki, karyerası ərzində İtaliyadan kənara çıxmayan Balzaretti “Roma”dan başqa “Yuventus” və “Fiorentina” kimi A seriyasının nəhəng klublarının da şərəfini qoruyub. 400-ə yaxın oyunda meydana çıxan 34 yaşlı müdafiəçi 2010-2013-cü illərdə milli komandaya da dəvət alıb.
Aygün
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ