İdman
Prosineçki: 3 oyunda qol buraxmırıqsa...
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı
keçirilmiş oyunu şərh edib. Xorvatiyalı mütəxəssis qolsuz bitən
görüşdən sonra bunları söyləyib:
"Oyunçularımla fəxr edirəm. Onlar bu gün Avropanın ən yaxşı
komandalarından birinə qarşı mübarizə apardılar. Biz döyüşdük,
futbol oynamağa çalışdıq. Azərbaycan futbolu üçün bu, yaxşı
nəticədir. Bizim üçün hətta Malta ilə oyun da çətindir. Azarkeşlərə
dəstəyə görə minnətdarlığımı bildirirəm.
- Niyə Rauf Əliyevi yox, Məhəmməd Qurbanovu
oynatdınız?
- Bu suala cavab vermək istəmirəm.
- Rəqibi tanımağınız işinizə çoxmu kömək etdi?
- Bəli, xeyri oldu. Amma əsas odur ki, bu xalı öz oyunumuzla
qazandıq. Belə oyun göstərdiyimizə görə fəxr edirəm. Belə rəqibə,
bu cür futbolçulara qarşı oynamaq asan deyildi.
- Yığmamız artıq üç oyundur qol buraxmır və
uduzmur...
- Deməli, düzgün işləyirik. Oyunçular bu dəfə də öz güclərinə
inanırdılar. Uşaqlar öz üzərlərində çalışırlar. Azərbaycan bu cür
futbolçularla fəxr etməlidir.
- Belə oyunla Malta ilə səfər matçında nəyə ümid edə
bilərik?
- Yaxşı oyun sərgiləmək, qələbə ilə qayıtmaq üçün əlimizdən gələni
edəcəyik. İndi isə hələlik, heç-heçəni bayram edək.
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək