Prosineçki: Komandamız Azərbaycana uğurlu nəticə ilə qayıtmaq üçün...
Bizi izləyin

İdman

Prosineçki: Komandamız Azərbaycana uğurlu nəticə ilə qayıtmaq üçün...

Xorvatiya ilə oyundan sonra bizi burada çətin görüş gözləyir. Maltanın İtaliyaya qarşı son oyununu izləmişəm. İtaliyaya qarşı uğurlu oyun keçirdilər. İtaliya çətinliklə bir qol vurub qələbə qazandı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Malta yığması ilə keçiriləcək oyundan əvvəl deyib.

Baş məşqçi bildirib: “Oyunçularımızla fəxr edirəm. Onlar peşəkardırlar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Komandamız Azərbaycana uğurlu nəticə ilə qayıtmaq üçün sabah əzmlə mübarizə aparacaq”.

R.Prosineçki qeyd edib ki, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünə inam var və onlar nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futbolunun inkişafına töhfədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm