Ronaldodan daha bir jest – Dünyanın ən kök adamı üçün...
Bizi izləyin

İdman

Ronaldodan daha bir jest – Dünyanın ən kök adamı üçün...

“Real”ın ulduz futbolçusu Ronaldo daha bir jestlə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçu formasını Andres Morenoya hədiyyə edib. Moreno ağır çəkidən əziyyət çəkir. Onun çəkisi 435 kq-dır və dünyanın ən kök adamı kimi tanınır. Andres Moreno artıq çəkilərdən azad olmaq və sağalmaq üçün əməliyyat masasına uzanmalı olub.

Ronaldo da “Real” azarkeşi olan meksikalını sevindirmək üçün öz formasını əməliyyatından əvvəl ona hədiyyə olaraq yollayıb.

Qeyd edək ki, maddələr mübadiləsinin pozulmasına görə Morena anadangəlmə artıq çəkidən əziyyət çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm