Əfsanəvi idmançının oğlu da qızıl medal qazandı
Bizi izləyin

İdman

Əfsanəvi idmançının oğlu da qızıl medal qazandı

Zəkiyevlər ailəsində daha bir qızıl medalçı yetişir. 2 qat paralimpiya, 5 qat Avropa, 2 qat dünya və İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyevin oğlu İlkin Zəkiyev də atası kimi uğurlara imza atmağa başlayıb.

Publika.az xəbər verir ki, 10 yaşlı İlkin birinci yarışında qızıl medalı boynundan asıb. Baş tutan yarışla bağlı çempionun atası, əfsanəvi cüdoçü İlham Zəkiyevdən məlumat aldıq. Həmçinin o, ata kimi keçirdiyi hisslərə də toxundu:

“Yarışı Azərbaycan Milli Paralimpiya Komitəsi təşkil edib. Turnir uşaqlar arasında cüdo yarışı olub. İlkinin birinci yarışı idi və burada qızıl medal qazandı. Simvolik bir yarış idi. Yarış üçün 12 dəst medal hazırlanmışdı. Medalın üzərində mənim şəklim əks olunub. Elə oğlumun boynuna da medalı özüm asdım. Təbii ki, qürur hissi keçirdim. Çünki bir var özün çempion olasan, bir də var çempionun atası olasan – bunlar tamam fərqli hislərdir. Çox xoşdur, hətta bir balaca kövrəldim də...”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm