İdman
Polis azarkeşlərin üstünə silah çəkdi - FOTO
Braziliya çempionatının 35-ci turunda çempionun adına aydınlıq gəlib.
Publika.az xəbər verir ki, səfərdə autsayder "Vasko da Qama"yla bərabərə qalan (1:1) "Korintians" ən yaxın izləyicisi "Atletiko"nun (Mineyro) səfərdə "Santos"a məğlub olmasıyla (2:4) çempionluğunu rəsmiləşdirib. Bu, "Korintians"ın sayca 6-cı çempionluğudu.
Oyundan sonra komandalarının çempionluğunu bayram edən "Korintians" azarkeşləri az qala faciəylə üzləşəcəkdi. Belə ki, "ağ-qaralar"ın azarkeşləri çempionluq sevincini yaşayarkən, klubun əzəli rəqibi "San-Paolo"nun formasını geyinmiş bir şəxs əlində silah, motosikletlə kütlənin arasına daxil olub. O, polis olduğunu deyərək azarkeşlərə hədə-qorxu gəlib.
Bundan sonra naməlum şəxslə "Korintians" azarkeşləri arasında vəziyyət gərginləşib. Belə ki, polis olduğunu iddia edən şəxsin hədə-qorxularına dözməyən bir qrup fanat onu sıxışdırmağa və formasını çıxarmağa çalışıb. Vəziyyətin gərginləşdiyini görən polislər gözyaşardıcı qaz buraxaraq, kütləni dağıdıb.
Naməlum şəxs isə kütlənin arasında yoxa çıxıb.
-
Hadisə17:00Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edildi
-
Hadisə16:23Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldı
-
Sosial15:14"Bu Şəhərdə"nin Qurban Qurbanovla bağlı səhnəciyi narazılıq yaratdı - VİDEO
-
MDB14:04Göldən çantaya qoyulmuş uşaq başı tapıldı - FOTO
-
MDB13:53Damba dağıldı sel suları kəndi basdı - VİDEO
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!

































.jpg)



