Ronaldo“QIRMIZI XƏTT”i keçdi: qadağanı pozdu...
Bizi izləyin

İdman

Ronaldo“QIRMIZI XƏTT”i keçdi: qadağanı pozdu...

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo yenidən Mərakeşə - kikboksçu dostu Badr Harinin yanına uçub.

Publika.az xəbər verir ki, bu, "Espanyol"la İspaniya çempionatı matçından bir neçə saat sonra baş verib.

Portuqaliyalı hücumçunun "het-trik"ini ən yaxşı dostu ilə birgə qeyd etmək üçün bu addımı atdığı güman olunur. Yanvarın 31-də keçirilmiş qarşılaşmada "Kral klubu" 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Real"ın prezidenti Florentino Pereslə baş məşqçi Zinəddin Zidan bir həftə öncə Kriştiano Ronaldonun başqa ölkəyə daimi səfərlərinə mənfi yanaşdıqlarını bildiriblər. Hətta onlar Ronaldoya qadağa da qoyublar. Amma hələ də futbolçunun qarşısını ala bilmirlər.

Bəzi mətbu orqanlar Ronaldonun Mərakeşə heç də Badr Harinin yanına yox, qızla görüşməyə getdiyini yazmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm