
UEFA Zaqreb “Dinamo”sunu Gənclərin Çempionlar Liqasından (19 yaşa qədər) uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında yazılıb. Buna “Anderlext”lə 1/8 final qarşılaşmasında oynamaq hüququ olmayan futbolçunun meydana çıxması səbəb olub. Oyun fevralın 23-də keçirilib və qonaqların xeyrinə (2:0) başa çatıb.
1/4 finalda xorvatların yerini “Anderlext” tutacaq və “Barselona”yla qarşılaşacaq.