"Qəbələ" və “Qarabağ”-ın rəqibləri bəlli oldu (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Qəbələ" və “Qarabağ”-ın rəqibləri bəlli oldu (YENİLƏNİB)

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Publika.az bildirir ki, püşkün nəticəsinə əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub.

“Qarabağ”ın İsveçin "Göteborq", "Qəbələ” isə Sloveniyanın "Maribor" komandası ilə qarşılaşacaq. Hər iki komandamız ilk oyunu səfərdə keçirəcək.

"Pley-off"un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.

***

Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi başlayıb.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir hələ ki, rəsmi şəxslərin çıxışı ilə davam etdirilir.

"Göteborq" (İsveç) - "Qarabağ"

***

"Maribor" (Sloveniya) - "Qəbələ"

***

13:52

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Publika.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olacaq.

“Qarabağ”ın səpələnmişlər, “Qəbələ”nin isə səpələnməmişlər qrupunda yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası nisbətən zəif, Roman Qriqorçukun komandası isə güclü rəqiblərlə qarşılaşacaq.

***
10:52

Artıq "Qarabağ" və "Qəbələ"nin 6 potensial rəqibi bəlli olub. UEFA-nın saytı xəbər verir ki, potensial rəqibləri aşağıda adları qeyd olunanlardır:

"Qarabağ"ın potensial rəqibləri:

"Şkendiya" (Makedoniya)
"Başakşehir" (Türkiyə)
"Göteborq" (İsveç)
"Srvena Zvezda" (Serbiya)
"Sanderjuske" (Danimarka)
"Hayduk" (Split, Xorvatiya)


"Qəbələ"nin potensial rəqibləri:

"Anderlext" (Belçika)
"Vest Hem" (İngiltərə)
"Krasnodar" (Rusiya)
"Maribor" (Sloveniya)
"Fənərbağça" (Türkiyə)
"Panatinaikos" (Yunanıstan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm