İdman
Rio-2016: Azərbaycan ilk medalını qazandı - FOTO (YENİLƏNİB)
Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə onun rəqibi Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.
O, 1/4 finalda macarıstanlı idmançı Mikloş Unqvari ilə güləşib. Bu görüşdən də qalib ayrılan idmançımız yarımfinalda israilli Saqi Mukini ilə tatamiyə çıxıb. Onu da məğlub edərək Olimpiya Oyunlarının finalına yüksəlib. Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq. R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
Finalda isə rəqibinə məğlub olan Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı