İdman
İdmançımız Rioda birinci oldu
Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni 40,702 nəticə ilə qət etməklə dördüncü təsnifat mərhələsində ilk yeri qazanıb.
O, bununla yarımfinalda iştirakını təmin edib.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya
Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord
sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın
rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53
idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk
dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi
və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks). (trend)
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO