İdman
Türkiyə klubunu Advokat çalışdıracaq
Türkiyənin “Fənərbağça” futbol klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib.
Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Monako”ya uduzan İstanbul təmsilçisi portuqaliyalı Vitor Pereyra ilə yollarını ayırıb. Artıq onu bu vəzifədə hollandiyalı Dik Advokat əvəzləyəcək.
Təcrübəli çalışdırıcı yerli mətbuata təklifin cəlbedici olduğunu açıqlayıb. Hollandiya yığmasından əvvəl son iş yeri “Sanderlend” olan çalışdırıcı üç ay öncə istefa verərkən bir daha heç bir klubda çalışmayacağını söyləsə də, fikrindən bu təklifə görə daşınıb: “Fənərbağça”nın təklifi çox xoşuma gəldi. Bu təklifi sevinclə qəbul etdim. Belə böyük klubda çalışmaq xoşdur. Məsələ tam rəsmiləşəndən sonra daha ətraflı şərh verəcəyəm”.
Qeyd edək ki, 68 yaşlı Advokat İstanbul klubu ilə birillik müqavilə imzalayıb.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı