İdman
Əcnəbi futbolçu meydanda öldü - AZƏRBAYCANDA
“Zaqatala” futbol klubunun oyunçusu məşq zamanı ölüb.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün klubun Nigeriyadan olan futbolçusu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Faktı klubun prezidenti Musa Qurbanov da təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdur, danışmaq çox çətindir. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq
-
Yaxın Şərq11:42
Üç ssenari: Suriyanın taleyi necə olacaq?
-
Avropa11:18
Almaniyada əhaliyə müraciət edildi: Hücum gözlənilir, ərzaq ehtiyatı tutun
-
Sosial10:51
Hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir - İnqilabi QƏRAR
-
Qoroskop09:48
2025-in ən bəxtsiz bürcləri: Biri boşanacaq, digəri pulsuz qalacaq, o biri...
-
Dünya09:24
Moskva Suriya müxalifəti ilə masaya oturdu: görün nə tələb etdilər