Rəsul Çunayev bürünc medal qazandı (YENİLƏNİB)
Bizi izləyin

İdman

Rəsul Çunayev bürünc medal qazandı (YENİLƏNİB)

Rəsul Çunayev bürünc uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb. Bu, güləş millimizin ikinci bürünc medalıdır.

***

Rəsul Çunayev finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqibin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

***

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşəcək.

17:52

Rəsul Çunayev 1/8 final mərhələsində İslambek Albiyevlə (Rusiya) qarşılaşıb. Ona 3-2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

***

17:13

Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da rəqibinə qalib gələrək 1/8 finala çıxıb.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü kubalı Migel Martinez Palasio ilə keçirib. İdmançımız rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm