Olimpiadada ən yadda qalan anlar - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiadada ən yadda qalan anlar - FOTOLAR

Geridə qoyduğumuz Rio Olimpiadasında elə hadisələr baş verdi ki, eşidib-görənləri həm güldürdü, həm də təəccübləndirdi.

Publika.az Olimpiadadan ən yaddaqalan anları təqdim edir:

1. “Marakana” stadionunun giriş qapısının açarı itirilib. Eşidəndə adamı gülmək tutur. Qapını açmaq üçün çilingər çağırıblar.

Deməli belə şeylər təkcə bizdə olmurmuş...

2. Quanabara körfəzindəki çirklilik və "Yarışlarda ağzımızı bağlamaq məcburiyyətində qalırıq" deyə üsyan edən idmançılar

Olimpiya idmançıları Riodakı komplekslərin standartlarından onsuz da çox məmnun deyildi. Quanabara körfəzində keçirilən yelkən yarışlarında isə idmançılar "illəllah" deyiblər.

Təbii ki, bəzi braziliyalılar bu xəbərlərə sərt reaksiya göstərib: “Bu körfəzin 400 km-dən çox ərazisi var və natəmiz qisimlər çox azdır.”

3. Hər yarışdan əvvəl atasına orta barmağını göstərən üzgüçü Santo Kondorelli

Kanadalı idmançı bunun bir ailə adəti olduğunu söyləyib. Atasına orta barmağını göstərməyinin özünü motivasiya etdiyini və şans gətirdiyini deyib.

Bizdə olsa, ata o barmağı kəsib atar.

4. Braziliyalı narkotik satıcıları, Rio-2016 markası daşıyan kokain paketi düzəldiblər. Üzərində isə “uşaqların yanında istifadə etməyin" yazılıb.

Çox düşüncəli narkotik alverçiləri hamını təsirləndirib...

5. Mədəniyyətlərin qarşıdurması olaraq göstərilən fotoşəkil: misirli Doa Elqobaşi və alman Kira Valkenhorst

Olimpiadaların fərqli mədəniyyətləri birləşdirdiyinin sübutu. Bu fotoşəkil hər şeyi deyir!

Olimpiadaların birləşdirici bir tərəfi var. Bunun ən gözəl nümunələrindən birinə çimərlik voleybolunda rast gəldik.

6. Və növbə çatdı yaddaşlardan heç silinməyəcək bir hadisəyə: fransız idmançı Yohan Diniz, 50 km yerimək yarışında 2 dəfə huşunu itirib özünü batırmağına baxmayaraq, yarışı 7-ci yerdə bitirə bildi.

Təbii ki, bu görüntülər bütün dünyada günün əsas xəbərinə çevrildi. İstinin və yorğunluğun təsiriylə şortikinə batıran, iki dəfə huşunu itirən idmançı ölkəsində əzminə görə qəhrəman elan edilib.

7. Sekslə məşğul olmaq üçün komanda yoldaşını otaqdan qovan braziliyalı qadın idmançı

Braziliya sinxron suya tullanma komandasının üzvü İnqrid Oliveira adlı qadın idmançı gecəni kanoe növündə yarışan bir idmançıyla keçirmək istəyib və birlikdə qaldığı komanda yoldaşı Covanna Pedrosayı otaqdan qovub.

Başqa bir yerdə gecələmək məcburiyyətində qalan Pedrosa isə səhər vəziyyəti məşqçiyə deyəndə qalmaqal yaşanıb.

Nəticə isə parlaq deyil. Cütlük sonuncu olub.

8. Fransız qılıncoynatma idmançısı Enzo Lefort, alman rəqibi ilə mübarizədə telefonunu cibindən salıb.

Bu mövzu matçdan sonra soruşulanda "telefonu cibimdə unutmuşam" deyib. “Özünü niyə yaddan çıxarmamısan?” deyərdi müəllimlərimiz.

9. Hollandiyalı gimnast Yuri van Gelder, Olimpiya kəndinə lül-qəmbər gəlib və milli komandadan qovulub.

Əsas can sağlığıdır, nə deyək?

10. Və sonda monqol idmançının hər kəsi güldürən, tragikomediya kimi olayı var.

Özbək güləşçi qarşısında mübarizənin son 2 saniyəsinə 7:6 üstün girən Monqolustan təmsilçisi Mandaxaran, vaxtından əvvəl sevinməyə başlayıb. Hakimlər isə bunu idmançının rəqibindən qaçması kimi dəyərləndirib və özbək idmançının hesabına bir xal əlavə edib. Son xalı alan özbək idmançı qalib olub. Monqol məşqçi isə bu qərara çox maraqlı üsulla etiraz edib və hər kəsin gözü qarşısında soyunub.

Ancaq özbək məşqçi də həmkarından geri qalmayıb və o da əynində nə varsa, soyunub atıb. Məşqçilərin çılpaq tamamladığı görüşün yekununda hakimlər özbək idmançıya bir xal da verərək onu 8:7 qalib elan edib. Uzun müddət yaddaşlardan silinməyəcək görüşü azərbaycanlı hakim Hicran Şərifov idarə edib.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm