İdman
UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsinə yüksəlib (YENİLƏNİB)
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Höteborq” oyunu başa çatıb. Rəqibinin qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
***
Qarabağ üçüncü qolunu vurub. Qarşılaşmanın 5-ci dəqiqəsində Dani Quitana "Qarabağ"ın qələbəsini yəqinləşdirib.
***
26-cı dəqiqədə Muarem Muarem komandasının ikinci qolunu vuraraq hesabı artırıb.
***
Qarşılaşmanın 18-ci dəqiqsində komandanın kapitanı Rəşad Sadıqov künc zəribəsindən sonra hesabı açıb.
***
UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirir.
Bir qədər əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” klubu ilə “Höteborq” (İsveç) komandası arasında cavab qarşılaşması başlayıb.
Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə “Höteborq” komandasının xeyrinə nəticələnmişdi.
“Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana çıxıblar.
İsveç təmsilçisi isə oyuna Con Alvbeyc, Emil Salomonsson, Skott Yamieson, Sebastian Eriksson, Mads Albaek, Soren Riks, Yakop Ankersen, Tobias Hisen, Mikael Boman, Tomas Ronye və Matias Byarsmirdən ibarət heyətlə başlayıb.
Oyunu Vladislav Bezborodovun rəhbərliyi ilə rusiyalı hakimlər briqadası idarə edir.
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO