İdman
“Qəbələ” heyətini isveçli futbolçuyla gücləndirir
Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" isveçli futbolçu transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, "Qırmızı-qaralar" "Erebru"da çıxış edən Erik Martin Broberqi heyətinə cəlb etmək istəyir.
Klub 26 yaşlı yarımmüdafiəçi üçün təklif göndərsə də, qarşı tərəf şərtlərlə razılaşmayıb. "Erebru" Broberq üçün ikiqat artıq məbləğ - 2-3 milyon kron (təqribən 250000 - 350000 dollar) istəyib. İdman direktoru Maqnus Skoldmark danışıqların detallarını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Erik Martin Broberq 2015-ci ilin yayından "Erebru"da forma geyinir. O, ötən mövsüm 15 oyuna 10 qol vurub. Lakin bu mövsümün ilk turunda zədə alan Broberq iki həftə öncə yaşıl meydanlara qayıdıb və bu il ilk qolunu vurub. (report.az)
-
Dünya08:00
Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi