İdman
Qurban Qurbanov: "Belə ciddi uğursuzluqlara öyrəşmişik"
"İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətdən sonra deyib.
O bildirib ki, "Fiorentina"nın yaxşı oyunçuları və dayanmadan taktiki dəyişikliklər edən Paulu Souza kimi dahi baş məşqçisi var. Qurbanovun fikrincə, görüş saat 23:05-də başlasaydı, oynamaq daha çətin olacaqdı. 44 yaşlı mütəxəssis komandasının verdiyi tapşırıqlara uyğun oynamasından razılıq ifadə edib:
"Mən də irəlidə yaxşı oynayan və topla davranmağı bacaran bir neçə futbolçunu qeyd edərdim. İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".
Baş məşqçi "Qarabağ" üçün Avroliqada hər şeyin hələ başa çatmadığını və irəlidə 4 oyunun olduğunu da xatırladıb:
"Bizim Avropada gözəl təcrübəmiz var. Buna görə də, biz belə ciddi uğursuzluqlara öyrəşmişik".
Qeyd edək ki, 30-cu dəqiqədə Elvin Yunuszadənin qovulmasından sonra azlıqda qalan "Qarabağ" "Fiorentina"ya 1:5 hesabı ilə uduzub.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO