"Qarabağ" uduzdu (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Qarabağ" uduzdu (YENİLƏNİB)

Bu gün "Qarabağ" Avropa Liqasının qrupunda 5-ci turun oyununa çıxıb.

Publika.az xəbər verir ki, Ağdam klubu Liberetsdə "Slovan"ın qonağı olub.

Qurban Qurbanovun komandası bu matçda pley-offa çıxmasını rəsmiləşdirmək imkanına malik olsa da, bunu bacarmayıb. Meydan sahibləri inamlı qələbə qazanıb. Ancaq "Qarabağ" hələ də pley-off şansını saxlayır.

Qeyd edək ki, "Qarabağ" bunadək 2 mövsümdə qrupda iştirak etsə də, 1/16 finala çıxmaq şansını son turda əldən verib.

24 noyabr

22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan) 3:0

Qol: Vuk, 11. Komliçenko, 56-p.; 63.

“Slovan”: 19. Martin Dübravka, 2. Radim Brayte, 4. Ondrey Karafyat, 5. Vladimir Kufal, 10. Zdenek Folpşert, 21. Nikolay Komliçenko, 22. Petr Şevçik, 23. Eqon Vux, 26. Lukaş Bartoşak, 28. Ubonq Ekpay, 29. Lukaş Pokorni

Ehtiyat oyunçular: 17. Vaslav Xladki, 9. Yan Navratil, 13. Miroslav Markoviç, 14. Ondrey Blaxa, 16. İqor Sukennik, 18. İlya Kubişkin, 24. Daniel Bartl

Baş məşqçi: Yindirx Tripşovski

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 10. Muarrem Muarrem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Stefan Yohannesson

Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum

Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson

Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San Marino)

UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)

Liberets. "U Nisi" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm