İdman
ABŞ-a onlar gedəcək
Mayın 27-də San Fransisko şəhərində ABŞ və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.
Bununla əlaqədar, millimiz mayın 20-dən 28-dək ABŞ-da təlim-məşq toplanışında olacaq. Publika.az xəbər verir ki, Berti Foqts heyəti açıqlayıb.
Alman çalışdırıcının açıqladığı heyətdə 21 futbolçu yer alıb. Bundan əvvəl yığmaya dəvət aldığı deyilən Vladimir Levin (Qəbələ), Rəşad Sadiqov (Neftçi), Hacı Əhmədov (Qarabağ), Cavid Hüseynov (Bakı), Tuğrul Erat (Fortuna, Almaniya), Ruslan Qurbanov (Neftçi), Ruslan Əmircanov (İnter) və Aqil Məmmədovun (Bakı) adı alman çalışdırıcının siyahısında yoxdu. Tuğrul Erat zədəli olduğu üçün millinin toplaşınışından kənarda qalacaq.
Əvəzində Foqts "Araz Naxçıvan"ın formasını geyinən, müqavilə ilə "Neftçi"yə məxsus olan qapıçı Emil Balayevi və Almaniyanın "Karlsruşer" klubundan hücumçu Dmitri Nazarovu milliyə dəvət edib. Alman çalışdırıcı ehtiyat heyətə 6 futbolçunun adını daxil edib.
Qeyd edək ki, "Qəbələ"dən Kamran Ağayevlə "Neftçi"dən Elvin Yunuszadə və Araz Abdullayev təlim-məşq toplanışında mayın 23-dən iştirak edəcək. Buna səbəb onların mayın 22-də Azərbaycan Kubokunun finalına qatılmasıdı.
Əsas heyət
Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Emil Balayev (Araz Naxçıvan).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ"), Mahir Şükürov, Elvin Yunuszadə (ikisi də "Neftçi"), Şəhriyar Əlyev (Bakı), Rasim Ramaldanov (Xəzər Lənkəran), İlkin Qırtımov (Simurq).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (Xəzər Lənkəran), Abdulla Abatsiyev (İnter), Araz Abdullayev (Neftçi), Ruslan Abışov (Rubin, Rusiya).
Hücumçular: Rauf Əliyev (Bakı), Vaqif Cavadov (İnter), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Kayzerlautern, Almaniya), Dmitri Nazarov (Karlsruher, Almaniya).
Ehtiyat heyət
Qapıçı: Fərhad Vəliyev (Qarabağ).
Müdafiəçilər: Vurğun Hüseynov (Sumqayıt), Ufuk Budak (Qaziantep BB, Türkiyə).
Yarımmüdafiəçilər: Pərdis Fərzad-Azad (Sumqayıt), Taşkın İlter (Ayntraxt Braunşveyq, Almaniya).
Hücumçu: Vüqar Nadirov (Qarabağ).
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO