Möcüzə baş verdi - "Barselona" və "Borussiya" 1/4 finalda!
Bizi izləyin

İdman

Möcüzə baş verdi - "Barselona" və "Borussiya" 1/4 finalda!

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib.

Publika.az xəbər verir ki, “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşıb.

“Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra mözücəyə ümid edirdi. Və bu möcüzə baş verdi. PSJ-ni 6:1 hesabıyla darmadağın edən kataloniyalılar futbol tarixində mümkün olmayanı bacardı.

Günün digər görüşündə isə “Borussiya” “Benfika”nn daşını daş üstə qoymadı. İlk matçdakı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxan almanlar yoluna davam edir.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.), Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) - 4:0

Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm