İdman
ŞOK! Millimizin sabiq baş məşqçisi pedofilliyə görə həbs olundu
Cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan millisin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur.
Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı.
2016-cı ilin dekabrında axtarışa verilən pedofil məşqçi dünən günorta saatlarında Kiyevdəki evində həbs olunub.
Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zayzenbaxer 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib. 56 yaşlı mütəxəssisin günahı sübuta yetirilsə, onu 10 illik həbs cəzası gözləyir.
Yeri gəlmişkən, Zayzenbaxer ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul - 1988) qızıl qazanan ilk cüdoçudur.
Pərviz
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ