İdman
Konte: "Sabah bizi “Qarabağ”la çətin oyun gözləyir"
“Qarabağ” güclü komandadır və sabah bizi çətin oyun gözləyir. Lakin qələbə qazanıb növbəti mərhələyə vəsiqəni təmin etməyə çalışacağıq.
Publika.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olan “Çelsi” klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib: “Sabahkı oyunda diqqətli olmalıyıq. Bizim üçün çox vacib görüşdür. İlk oyunda böyük hesablı qələbimizdə bəxtimizin gətirdiyini deyə bilərəm. “Qarabağ” Avropanın ən güclü komandalarından olan "Atletiko Madrid" ilə heç-heçə etdi. "Roma" isə Bakıda çətin qələbə qazandı. Azərbaycanda futbolun səviyyəsi getdikcə yüksəlir. Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" ilə oyundan sonra bizi uzun səfər və Premyer Liqada "Liverpul" ilə qarşılaşma gözləyir. Komanda üçün həmişə düzgün qərarlar verməyə çalışıram. Komandamız ən azı iki sistemde oynamağı bacarmalıdır. Stadiona hansı düzülüşdə çıxmağımız oynadığımız komandalara görə dəyişir. Komandada zədəli oyunçularımız var. Şadam ki, Edin Hazzard artıq zədəsini sağaldıb”.
"Çelsi" komandasının qapıçısı Tibo Kurtua isə oyunla barədə danışaraq deyib: “Biz tam olaraq sabahki oyuna köklənmişik. İlk matçda böyük hesabla qalib gəlsək də sabah bizim üçün çətin olacaq. "Qarabağ" klubu "Roma" və "Atletiko"ya qarşı yaxşı oyun göstərdi. Rəqibimizə hörmətlə yanaşırıq. Oyundan üç xalla ayrılmaq istəyirik. Amma rəqibin “Atletiko” ilə oyununa nəzər yetirəndə kifayət qədər güclü olduğunu görürük. İlk olaraq, növbəti mərhələyə vəsiqəni təmin etmək üçün qələbə qazanmalıyıq. "Qarabağ"ın hücüm xətti çox təhlükəlidir. Komanda əlverişli şanslardan maksimum yararlanmağa çalışacaqlar”.
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO