İdman
"Roma"nın baş məşqçisi: "Bu, həmin "Qarabağ” deyil"
"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.
- Perotti və Nainqqolanın son durumları necədir?
- Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.
- Digər matçda "Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi?
- Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. "Qarabağ"ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.
- "Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər?
- Onlar çox yaxşı komandadır. "Qarabağ” Madriddəki görüşdə "Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, "Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi "Qarabağ” deyil.
- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?
- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə "Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?
- "Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam. (report)
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ