İdman
Olimpiya çempionumuz qruplaşma yaradıb?
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərovun istefaya getməsi barədə məlumat vermişdik.
Elnur Kələntərovun qəfil istefası müəyyən təəccübə səbəb oldu. Onun hansı səbəbdən istefa verməsi isə tam açıqlanmadı. Federasiyaya yaxın mənbənin Publika.az-a verdiyi məlumata görə, Elnur Kələntərovu istefa verməyə məcbur edən səbəb olimpiya çempionu Elnur Məmmədli ilə yaşanan qarşıdurma olub. Mənbənin məlumatına görə, hazırda federasiyada vitse-prezident kimi çalışan Elnur Məmmədli qurumda qruplaşma yaradıb. Bu qruplaşma ilə Elnur Kələntərov arasında münasibətlər qaydasında olmayıb. Məhz həmin qruplaşmanın təzyiqi nəticəsində Kələntərovun istefa verdiyi bildirilir.
Məsələyə aydınlıq gətirmək üçün olimpiya çempionu Elnur Məmmədli ilə əlaqə saxladıq. Publika.az-a açıqlama verən E.Məmmədli xəbəri təkzib etdi:
“Bu, tam yanlış məlumatdır. Elnur Kələntərli ilə heç bir problemimiz olmayıb. Hazırda da münasibətlərimiz yaxşıdır”.
Aygün İlqarqızı
-
Region09:54
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır
-
Elm və təhsil09:12
Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...
-
Region09:00
İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...
-
Sosial08:55
Bu rayonda 9 yaşlı uşaq qızdırmadan ÖLDÜ
-
Region08:30
Qəzada həlak olan İran rəsmilərinin ADLARI və FOTOLARI
-
MDB08:24
Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Art08:00
Xalq artistindən SƏRT QINAQ: "Sənət bazar deyil ki..."
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ