İdman
“Əsl kişilər narıncı geyir”
Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandalar şüarlarını seçiblər.
Publika.az xəbər verir ki, komandalar sloqanlarla azarkeşlərinə səsləniblər. Həmin şüarları təqdim edirik:
Brazilya: “Hazırlaşın 6-cı çempionluq gəlir”.
Xorvatiya: “Ürəkdə alovla, hamı bir nəfər kimi Xorvatiya naminə!”
Meksika: “Hər zaman birgə, hər zaman asteklər!”
Kamerun: “Aslan aslan olaraq qalır”
İspaniya: “Ürəklərimizdə çempionluq ehtirası var”
Hollandiya: “Əsl kişilər narıncı geyir”
Çili: “Çi, Çi, Çi! Li, Li, Li! İrəli Çili”
Avstraliya: “Sokkeruz: “tarixə hoppanarkən!”
Kolumbiya: “Bura tək komanda yox, bütün ölkə gəlib”
Yunanıstan: “Qəhrəmanlar yunanlar kimi oynayır”
Kot d’İvuar: “Fillər Brazilyaya köklənib”
Yaponiya: “Samuraylar, döyüş vaxtı çatıb!”
Uruqvay: “3 milyon istək, irəli Uruqvay!”
Kosta Rika: “Ehtirasım futbol, gücüm xalqım, fəxrim Kosta Rika”
İngiltərə: “Bu komandanın arzusu milyonların ürək döyüntüsüdür”
İtaliya: “Dünya kuboku arzusunu göy rəngə boyayaq”
İsveçrə: “Son dayanacaq: 13.07.2014 “Marakana””
Ekvador: “Yeganə sədaqət, yeganə ehtiras, bir ürək. Hər şey sənin üçündür, Ekvador!”
Fransa: “Qeyri-mümkün, bu fransızlara xas olmayan sözdür”
Honduras: “Biz bir ölkə, bir millət, ürəkdə 5 ulduzuq”
Argentina: “Biz sadəcə komanda deyilik, biz nəhəngik”
Bosniya- Hersoqovina: “Ürəkdə əjdahalar, meydanda əjdahalar”
İran: “Eşq olsun İrana”
Nigeriya: “Biz yalnız birlikdə qalib gələcəyik”
Almaniya: “Bir ölkə, bir komanda, bir arzu”
Portuqaliya: “Keçmiş tarixdir, gələcəkdə yalnız qələbə”
Qana: “Qara ulduzlar: Brazilyanı işıqlandırmağa gəlmişik”
ABŞ: “Ehtirasla irəliləyən vahid komanda”
Belçika: “Qeyri-mümkün olanı gözləyin”
Əlcəzair: “Səhra döyüşçüləri, haydı Braziliyaya”
Rusiya: “Bizə çata bilməzlər”
Koreya: “Qırmızılar, həzz alın”
Aygün İlqarqızı
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO
-
Cənubi Qafqaz2 İyun 19:36
Ermənilər gürcü xəngəlinə də "ƏL QOYDULAR" - FOTO