Azərbaycan millisi Türkiyə, Gürcüstan və Yunanıstanla qarşılaşacaq
Bizi izləyin

İdman

Azərbaycan millisi Türkiyə, Gürcüstan və Yunanıstanla qarşılaşacaq

On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Antalyada təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Publika.az-ın xəbərinə görə, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 millimiz aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın turnirdəki oyunlarının təqvimi müəyyənləşib. Millimiz aprelin 23-də Yunanıstan, iki gün sonra Türkiyə, aprelin 27-də isə Gürcüstan ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm